Hindistanda son sutkada koronavirus infeksiyasına 92 998 yeni yoluxma faktı qeydə alınıb.
"RegionTV.info" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində 514 pasiyent COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 12 484 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 627 122 nəfər müalicə olunaraq sağalıb, 164 655 nəfər vəfat edib, aktiv xəstə sayı 692 350 nəfərdir.
Xəbəri paylaş