Gördüyü işlərlə "İncəsənətə maraq yoxdur" deyənlərin fikirlərini dəyişdirmək istəyir.
"RegionTV.info"nun məlumatına görə, söhbət Rəssamlıq Akademiyasının tələbəsi Güntay Hüseynlidən gedir.
Gənc heykəltəraş bir müddət öncə sosial şəbəkə hesabında "Dostluğumda olan şəxslərin heykəllərini işləmək istəyirəm" adlı paylaşım edib.Bu, insanlar arasında böyük maraqla qarşılanıb. Bir çox sosial şəbəkə istifadəçisi rəy bölümündə öz heykəlinin hazırlanmasını istəyib.
Güntay Hüseynli 12 ildir ki, heykəltaraşlıqla məşğuldur. O deyir ki, bəzi insanlarda bu incəsənət növü ilə bağlı yanlış fikirlər var. Onlar heykəlin sadəcə dahi şəxsiyyətlər, xatirəsi yad edilən qəhrəmanlar üçün hazırlandığını düşünürlər. Lakin bu belə deyil. Hər kəsin heykəli ola bilər. Elə buna görə də Güntay Hüseynli bu stereotipi qırmaq istəyib.
Müsahibimiz hər heykələ 2 saata yaxın vaxt sərf edir.
Güntay Hüseynli bu aksiyanı bundan sonra da davam etdirəcəyini bildirib.
Xəbəri paylaş