
"RegionTV.info"nun məlumatına görə, orta məktəbdə çalışan və təhsil alanlar arasında aparılan tibbi yoxlamalar zamanı COVID-19 virusuna yoluxanlara rast gəlindiyi üçün orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Dərslər onlayın şəkildə keçirilir.
Qeyd edək ki, şəhərin 7 saylı Rəşad Mirabov adına orta məktəbdə isə eyni səbəbdən 2 sinif bağlanılıb.