Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Miniboss Business School Baku”nun ilk startap forumu keçirilib - VİDEO

"RegionTV.info"
Bu gün “Miniboss Business School Baku”nun ilk startap forumu keçirilib.

Biznes məktəbin tədris proqramının tərkib hissəsi olan startap forumunun məqsədi uşaq və yeniyetmələri biznes ideyaların yaradılması üçün həvəsləndirmək, peşəkar mütəxəssislər tərəfindən bu ideyaların formalaşdırılmasına dəstək göstərilməsidir.

Məktəbin təsisçisi Nərminə Həsənova bildirib ki, hər ilin yaz ayında startap forumu keçirilir və burada uşaqlar öz ideyalarını investorların qarşısında prezentasiya edirlər.

Tədbirdə biznes məktəbin 6-14 yaş qrupundakı şagirdləri peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti qarşında çıxış edərək startap layihələrinin ideyalarını təqdim ediblər.

Sonda münsiflər tərəfindən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də