
"RegionTV.info" xəbər verir ki, F. Nəbiyev deyib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti, həkim heyəti də səfərbər olub.
Polkovnik qeyd edib ki, Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub: “Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".