Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb.
"RegionTV.info" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 240870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir.
Xəbəri paylaş