Lənkəran şəhərində intihar hadisəsi baş verib.
"RegionTV.info" xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib. Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin ölmüş olduğu məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.
Əldə etdiyimiz məlumata görə M.Hüseynzadə həddibuluğ yaşına çatmasa da, bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri razılaşmayıblar. Bundan sonra qızda psixoloji narahatlıqlar yaranıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş