
RegionTV.info xəbər verir ki, bu haqda aparıcı axşam.az-a açıqlamasında deyib.
O bildirib ki, fərqli bir şou hazırlayır:
"Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı "6/8"dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir".
Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra "Space"də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.