Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"RegionTV.info" xəbər verir ki, Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda deyilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Xəbəri paylaş