ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub.
"RegionTV.info" xəbər verir ki, telefon danışığı haqda məlumat Ağ Ev tərəfindən yayılıb.
Bildirilib ki, Bayden ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Bundan başqa, Ağ Ev rəhbəri Zelenskinin korrupsiyaya qarşı mübarizə planını və demokratik dəyərlərə əsaslanan islahatların həyata keçirilməsini də dəstəkləyib.
Məlumata görə, telefon danışığı 30-40 dəqiqə davam edib.
Xəbəri paylaş