Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

10 şəhid övladının özəl məktəbdə təhsili pulsuz olacaq

“YAŞAT” Fondu tərəfindən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstəriləcək.

"RegionTV.info"   xəbər verir ki,  Fonddan verilən məlumata görə, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ilkin olaraq “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.

Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.

Fonddan o da bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 10 nəfər yaralanan şəxsin övladı üçün təhsil mərkəzi tərəfindən 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.

Son müraciət tarixi aprelin 30-dur.

QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də