Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təcili səfərbərlik elan olundu: Ordu hücum üçün əmr gözləyir - Rusiyadan DƏHŞƏTLİ TƏHDİD

Brüsseldə Ukraynanın şərqindəki vəziyyətlə bağlı NATO-nun təcili toplantısı keçirilib.

"RegionTV.info"  xəbər verir ki, görüşdə Ukraynaya fəal dəstək verilməsinin vacibliyi qeyd olunub. Xarici KİV-lərin məlumatına görə, Ukrayanın şərqində vəziyyət olduqca ciddidir və hər an irimiqyaslı müharibə başlaya bilər. Qondarma Donetsk respublikasında səfərbərlik elan olub. Ukraynanın da bölgəyə hərbi qüvvə cəlb etdiyi bildirilir.

Qeyd edək ki, Rusiya Ukrayna sərhədinə hərbi qüvvə toplamasının başqa ölkə üçün təhdid təşkil etmədiyini irəli sürüb. Bildirilib ki, bu addım Rusiyanın təhlükəsizliyinin zəmanət altına alınması ilə əlaqədardır. Xarici İşlər naziri Sergey Lavrov isə prezident Vladimir Putinin sözlərini xatırladaraq bildirib ki, Donbassda yeni müharibənin başlaması Ukraynanın məhvinə səbəb olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də