Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nuru Paşanı görmüş ziyalının qızı: "Ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri açıqlayırdı" - VİDEO






1918-ci il sentyabrın 15-də Azərbaycan və Türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bu şərəfli tarixə şahidlik edən Hacı Hilalın oğlu Səfər İbrahimov isə Nuru Paşanı şəxsən görən şəxslərdən biri olub.

“Səfər İbrahimov 1911-ci ildə anadan olub. Çox savadlı, dünyagörüşlü, ədalətli insan olub. 1939-cu ildə Hacı Hilal represiya qurbanı olub və Gəncədən İrana gedib. O dövrdə Gəncədəki hadisələrdən dolayı onun ailəsi xalq düşmanı adlandırılıb. Lakin, sonra mənim atam, Səfər İbrahimov bütün bu tarixi faktları arxiv sənədlərindən çıxararaq kiril əlifbası ilə nəşr etdirməyə nail olub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Səfər İbrahimovun qızı Dilarə İbrahimli deyib. Onun sözlərinə görə, atası o dövrdə kifayət qədər çətin illər keçirib:

“Mənim atam heç vaxt vəzifə, şöhrət arxasınca qaçmayıb. S.İbrahimov bizə atası barədə çox danışmazdı. Yadıma gələn odur ki, biz hara gedirdiksə, atam özü ilə bir çamadan sənəd aparırdı. Rus dilini təmiz bilirdi və hər kəsə ermənilərin Bakıda törətdikləri barədə həqiqətləri çatdırırdı. Atam o vaxt anasını, ailəsini də götürüb Xudata gəlmişdi. Soyadları İbrahimli idi, bura gəldikdən sonra soyadını dəyişib İbrahimov edib. Bütün bu çətinlikləri biz çox sonrdan bilmişik, onun ətrafındakı insanlardan eşitmişik. Heç bir çətinliyini dilə gətirməzdi. Biz təhsilə başlayanda rus sektorunda oxumağımızı istədi”.

D.İbrahimli deyir ki, 1990-cı ildə Səfər İbrahimov seçmə insanlardan idi ki, ona arxiv materiallarla işləməyə icazə verilmişdilər:

“Atam ö dövrdə arxiv materiallarını əski əlifbadan kiril dilinə tərcümə edirdi. O vaxt Arxiv İdarəsinin direktoru ona etibar edirdi. O vaxt Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası və Baş Arxiv İdarəsi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1998)” adlı 7 kitabdan ibarət sənədlər toplusu Səfər İbrahimovun rəhbərliyi altında nəşr edilib. Düşünürəm ki, bu, bugünkü Respublikamız üçün çox böyük əhəmiyyətli bir addım olub. Atam özü riyaziyyatçı olub, amma bütün sahələrdən məlumatlı olub. 2011-ci ildə biz atamın 100 illiyini qeyd etdik. Bizim tariximizdə Səfər İbrahimovun öz rolu olub. Bu gün Azərbaycan tarixinin qorunmasında Səfər İbrahimov və onun kimi güclü, iradəli insanların zəhməti böyük olub. 84 il yaşasada şərəfli və tarixi ömür yolu keçib”.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də