Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moskvada Stalinin qohumunu aldatmağa çalışan şəxslər saxlanıldı

"RegionTV.info"
Rusiyanın paytaxtı Moskva şəhərində dələduzlar keçmiş SSRİ diktatoru İosif Visarionoviç Stalinin qohumunu 3 milyon rubl (67 386 manat) aldatmağa çalışıblar.
 

Qeyd edilir ki, cinayətkarlardan biri saxlanılıb.
 
"92 yaşlı müharibə veteranı Leonid Alliluyev polisə müraciət edərək bildirib ki, naməlum şəxslər ona telefonla zəng edərək özlərini asayiş keşikçiləri kimi təqdim ediblər. Cinayətkarlar guya ekspertizanın aparılması üçün veterandan hesabındakı 3,4 milyon rublun onlara verməyi təklif ediblər", - mənbə agentliyə bildirib.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqaüdçüyə özünü dələduzlarla necə rəftar etmək barədə göstəriş veriblər və dələduzlardan birini yaxalamağa müvəffəq olublar.
 
"Polis kimi maskalanmış bir nəfər pulla əlaqədar təqaüdçü ilə görüşə gəldikdən və saxta sənədləri təqdim etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxladılar. Həmin şəxsin Yekaterinburqdan olan 33 yaşlı Anastasiya Belyankina olduğu aşkarlandı. Qadın təqsirini tamamilə etiraf edib”, - mənbə bildirib.
 
Leonid Alliluyev Stalinin arvadı Nadejda Alliliyevanın bacısının böyük oğludur.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də