Samux sakini sirkə turşusundan zəhərlənərək ölüb.
"RegionTV.info"nun məlumatına əsasən, hadisə rayonun özündə baş verib.
1983-cü il təvəllüdlü Zeynalova Vəfa Tahir qızı sirkə turşusu içib. Ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilən 38 yaşlı qadına tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma başlanılıb, qadının intihar etmə səbəbi müəyyən edilir.
Xəbəri paylaş