
"RegionTV.info"nun məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1950-ci il təvəllüdlü Seyidov Sergey Şamil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun sınığı diaqnozu qoyulub.