Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident ÜST-ə peyvəndlərin bölüşdürülməsindəki ayrıseçkiliyin məyusluğunu ifadə edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü olub.

"RegionTV.info"   xəbər verir ki, görüşdə ÜST-ün baş direktoru Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin ÜST-ə siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.

Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirdi. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırdı.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini dedi. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də