Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrəvan Türk Cümhüriyyəti mübarizləri üçün yaddaş - Dünyada erməni təşkilatları və məktəbləri






“Birləşmiş erməni fondu”  ABŞ-da 1988-1999-cu illərdə Dağlıq Qarabağ Azərbaycandan ayırmaq məqsədi ilə yaranıb, 30 milyon dollar bir dəfəyə Ermənistana pul köçürüb.

“Amerika ermənilərinin Milli Şurası” 1943-ci ildə erməni ziyalıları və “Hncaq” partiyasının bəzi nümayəndələri tərəfindən yaradılıb.

“Amerika ermənilərinin qabaqcıl İttifaqı” 1000 nəfər üzvü və təəssübkeşi olub, ABŞ-ın bir neçə şəhərlərində şöbələri yaradılmışdır.

“Vətənpərvərlər İttifaqı” ABŞ-da 1948-1950-ci iilərdə xarici ölkələrdən Ernənistan SSR-nə köçürülən ermənilərə kömək üçün yaradılıb. 1925-ci ildən Türkiyədən İrəvan şəhərinə köçənlərin məhlələrinə ad vermək təşəbbüsünü həyata keçirir: “Nor Ərəbkir”, “Nor Areş”, “Nor Kilikiya”, “Nor Zeytun”, “Nor Maraş” və sairə. Hazırda da məhəllələrinin bu adları qalıbdır. 

“Amerika erməniləri ilə Ermənistan əlaqələrini möhkəmləndirən İttifaq” 1947-ci ildə Nyu-York şəhərində yaradılıb.

“Vardanların cəngavərlər Birliyi” ABŞ-da keçən əsrdə ermıni kilsələrinin birliyi naminə yaradılıb. 1933-cu ildə Ecmiadzinin tabeliyindən 15 kilsə ayrılmışdır, ABŞ-in erməni dini rəhbəri Yeqişe Duryan da buna görə öldürülmüşdür. 

“Daşnaksyutun” partiyası 1890-cı Tiflis şəhərində yaradılıbdır. Raksion və terrorist əməllərin sahibidir.
“Erməni Humanitarlarının Ümumi İttifaqı” 1906-cı ilin 15-i aprelində Misirin paytaxtı Qahirə şəhərində yaradılıb. Təşkilatçısı Nubar paşadır. “Millət naminə” layihə əsasında yaranıb. Misirdə məskunlaşan və millətini sevən erməni varlılarının müqaviləsi ilə işə başlayıb və iki məqsədi olub: I Gələcəkdə yaradılacaq Ermənistan dövlətinə kömək; II Dünya ermənilərinin birliyi və birləşməsinin təçkilinə vəsait ayırmaq. Ittifaqın mərkəzi idarəsi əvvəlcə Parisə, oradanda Nyu-Yorka köçübdür. 
“Erməni Ümumilli Xeyriyyə İttifaqı”-1990-1991-ci illərdə ittifaqən 20 mindən çox üzvü olmuş və əksəriyyəti də maliyyə yardımı etmişdir. 1995-ci ildə hesabına beynəlxalq banklarda 25 milyon dollar vəsaiti toplanmışdır. Yığılan məbləğ Ermənistan və Dağlıq Qarabağa göndərilmişdir.

“Erməni Milli Komitəsi” Ermənistan, Dağlıq Qarabağ və “Spukaylar”-ın məsələsi ilə 24 saat məşğul olur. Bütün mötəbər qəzet, radio, televiziyalarında problemlərini işıqlandırır.

“Erməni Hüquqşunaslar birliyi”-erməni hüquqşunaslarından ibarətdir. ABŞ-a yeni gələn ermənilərə hüquqi məsləhətlər verirlər. 2012-ci ildən sonra Ermənistandakı ermənilərə də internet vasitəsi ilə təmannasız məsləhət verir və qanuni yollar göstərir.  

“İran erməniləri birliyi”-1956-cı ildə Qlendel şəhərində yaradılıb, 2011-ci ildə öz vəsaitləri hesabına özlərinə ayrı bina inşa ediblər. Yerli ermənilərlə bəzi problemləri vardır. 

“Ermənidostu” cəmiyyəti. Qeyri millətləri ermənilərə xoş münasibət yaratmaq üçün təşkil edilib. Bir çox ölkələrdə fəal iş görür. 

“Amerikahayer” (“Amerika erməniləri”) 1992-ci ildən başlayaraq, dünyaya səpələnmiş erməniləri Los-Anceles şəhərinə toplayaraq İdman Olimpiadası(futbol, voleybol və s) keçirir. Həmdə erməni millətindən olan gəncləri biri-biriləri ilə tanış edib, yaxınlaşdırır. İdman oyunu əsasən təbliğat məqsədi güdür.

“Humanitar İttifaq”-Argentinanın Buenos-Ayres şəhərində 1911-ci ildə yaradılıbdır. O dövrdə ölkədə təxminən 2 min erməni yaşamışdır. Məqsədi erməni birliyini canlandırmaq olub.

“Qəriblər evi”-cəmiyyəti, Kanadanın Mon-Real şəhərində 1980-cı illərdə yaradılmışdır. Həmin cəmiyyətə toplaşan ermənilər öz problemlərini müzakirə edib, həllinə çalışırlar. 

“Vətən yaddaşlarda” cəmiyyəti, 1988-ci ildə Kanada da yaradılıb. Məqsədi Ermənistan və Dağlqı Qarabağa kömək etmək, onlara dayaq olmaq.

İtaliyanın Milan şəhərində “Erməni evi” klubu və muzey keçən əsrin ortalarında təşkil edilmişdir. Burada çox vaxt Ermənistanda yaradılan filmləri nümayiş etdirilmişdir.

Macarıstanın Budapeşt şəhərində 2008-ci ilin iyun ayında “Avropa erməniləri” forumunun ikinci gürulatyı keçirilmişdir. Məqsəd Avropa və Rusiyada yaşayan ermənilərin gücünü bir məqsədə cəmləşdirmək olmuşdur.

Jenevrədə “Hncaq” erməni partiyası bir qrup tələbələr tərəfindən  1887-ci ildə yaradılıb. Nisbətən az aqressiv planları ilə tanınır. 

İngiltərənin London şəhərində “Erməni gənclər ittifaqı” və “Gənclər və qadınlar ittifaqı” bir müddət fəaliyyət göstərib. Lakin sonralar, onlaırn fəaliyyəti barədə məlumat yoxdur.

Bolqarıstanın Sofiya şəhərində keçən əsrin əvvəllərindən “Yerevan mədəniyyəti ittifaqı” vardır. Ölkənin digər şəhərlərində də klublar, dərnəklər, teatrlar və “Opera dəstəsi” olmuşdur. Hazırda bəziləri fəaliyyət göstərir.

Bakıda bir qrup erməni 1890-ci ilin axırı 1900-cu illərin əvvəllərində “Ticarət cəmiyyəti” yaratmışdır. Sabuncu, Ramana, Balaxanı, Bibiheybətdə onların 197 neft buruğu olmuş, bankları və torpaq sahələrindən mənfəət götürüb, azərbaycanlılara qarşı terror və təcavüzlər etmişlər. 

Fransada 1849-cu ildə “Araratyan inqerutyun” (“Ararat yoldaşlığı”) təşkilatı yaradılıb. Sonralar “Erməni evi” adı altında ermənilərin yaxşı və maneəsiz yaşamaları, Osmanlı İmperiyası əleyhinə işlər aparmaq üçün planlar qurulmuşdur.

 Fransa paytaxtı Parisdə “Ermənistana yardım Komitəsi” yaradılmışdır. Məqsəd 1930-1936-cı illərdə fransız ermənilərinin İrəvana köç etmələrini təşkil etmək olub. Erməni yazıçısı Avedik İsahakyan  bu işlərin təşəbbüskarldan biri və birincisi olub.

Parisdə “Fransa ermənilərinin İncəsənət İttifaqı” yaradılmışdır. İşi 1959-cu ildən başlayaraq Ermənistanın tanınmış yazıçı, şair, bəstəkar, artist, rəssam və digərlərini fransızlara və Fransadakı ermənilərə tanıtmaq və təqdim etmək olubdur. Eyni zamanda onların yubileylərini keçirmək, kitablarının nəşri-satışı və muzeyrlərdə əsərlərinin nümayişini təşkil etmək. İttifaqın planlaşdırması ilə həyata keçirilibdir.

“Fransa erməni gəncləri ittifaqı” 1958-ci ildə yaradılıb. Fransa Prezidenti seçkiləri zamanı xüsusi fəallıq göstərir. Həm də Olimpiya və digər idman yarışlarında erməni gənclərinin iştirakının təşkili ilə məşğul olur. Erməni gənclərinin isti münasibətinə çalışır. 

Fransada “Erməni sabiq əsgərlər Birliyi” I, II Dünya Müharibəsi iştirakçıları və Osmanlı ordusuna qarşı vuruşan erməni əsgərləri yaratsalarda, son zamanlar Birliyin fəaliyyəti dayanadırılıbdır. 
“Qırmızı xaç erməni yardım cəmiyyəti” 1922-ci ildə Pairsdə imkansız erməni ailələri və tələbələrinə tibbi yardım üçün yaradılıb. Yay aylarında erməni kasıblarının uşaqlarını dincəlməyə göndərməklə də məşğul olur. 

Parisdə “Erməni müqəddəs kilsəsinin dini Birliyi” 1960-cı illərdə dinpərəstlər tərəfindən yaranıb, Birliyin 7 nəfər idarə heyyəti iki ildə bir dəfə seçki yolu ilə seçilir. Məqsəd erməni dinini möhkəmləndirmək olub.

“Parisdə yaşayan erməni kasıblarına hamiyə Cəmiyyəti” 1890-cı ildə kasıb və ahıllar üçün yaradılmışdır. İttifaq iki qocalar evi açmışdır. Həmdə 120 ahıl və qocaya himayadarlıq edibir.
Fransada “Erməni qeyrətliləri (ariləri) İttifaqı” barədə məlumat məhduddur. Güman edilir ki, məqsədlərinə nail olmaq üçün istədikləri təsir və məcburedici vasitələrinə əl ata bilirlər.
NOK (Hayastanın Oknutyan Komite), “Ermənistana Yardım Komitəsi” 1924-cü ildə Parisdə yaradılıb. Komitənin şöbələri ABŞ və Bolqariyada da olubdur. Fransadan İrəvana köçürülən ermənilərə maliyyə dəstəyi etmək üçün fəaliyyət göstəribdir.

“Fransa ermənilərinin mavi xaç (daşnak) təşkilatı” 1920-ci ildə Parisdə yaradılıb, guya səhiyyə işləri ilə məşğul olubdur.

Kiprdə “Azatamart” erməni klubu-əsasən şovinist erməni gənclərini cəlb edir.

İraqda “İraq ermənilərinin humanitar İttifaqı”, “Musiqisevər gənclər ittifaqı” yaradılmışdır. Diqqət ermənilərin milli ruhda tərbiyə edilməsinə yönəlmişdir. 

“Ruminiya ermənilərinin İttifaqı” dövlətdən maliyyə vəsaiti alır. Ermənilr arasında millətçi təşkilatçılıq işləri aparır. 

Belarusiya Mədəniyyət Nazirliyi tərkibindəki “Millətlərin mədəniyyət mərkəzi”ndə “Hayastan cəmiyyəti”, “Erebuni” folklor dərnəyi vardır. Belarusiya ermənilərini öz ətrafına toplamağa can atır. 
Hindistanın Kəlkütdə şəhərində “Erməni bədii özfəaliyyət İttifaqı”, idman klubu, 5 erməni qadınlarına aid təşkilatı olmuş, bəzilərinin yaşadığı mətbuatda işıqlandırılır. 

Livanda müxtəlif adlarda xeyli erməni qeyri-hökumət təşkilatları fəaliyyət göstərir (“Verazmund”-“Dirçəlmə”, “Nor serund”- “Yeni nəsl”, “Baqramyani mazraqan miutyun”-“Baqramyanın idman məşqləri İttifaqı” və sairə). “Ermənistanın azadlığı uğrunda” yaranan gizli ordu isə Azərbaycan və Türkiyəyə qarşı əsgərlər hazırlayır. 

İranda ermənilərə məxsus iki minə qədər orta-xırda firmalar vardır ki, onlar ittifaqlar yaradıb öz problemlərini həll edirlər. Buradakı ermənilər mehmanxana işi, turizm, maşınqayırma, neft kimyası, mebel-ayaqqabı-trikotaj  istehsalı, ticarət, qiymətli daşlar və sairə ilə məşğuıdurlar. 1928-ci ildə İranda “Paltar islahatı haqqında” qanun çıxarkən, 1935-ci ildə qadınlaırn çadralarının atılması ilə əlaqədar sənəd qəbul edilərkən ermənilər bunlardan istifadə edərək istehsal və ticarət sahəsində çox böyük gəlirlər əldə etdilər və varlandılar. 

Portuqaliya höküməti 1956-cı ildə “Qalust Qulubekyan” adına fondun yaranmasına qərar vermişdir (bəzən buna “Portuqaliya fondu”da deyirlər). Qalust İstambulda doğulub, təhsil almış, 1891-ci ildə Bakıya gəlmiş, Bakı neftindən hədsiz dərəcədə çox varlanıb, məşhurlaşmış və dünyada tanınmışdır. Suriya, Livan, İran, İraqda “Ermənistan krallığı” yaratmaq üçün çalışmış. Ermənistanda həmin məsələ 12 may 1932-ci ildə geniş müzakirə edilərək qərar verilmişdir ki: Bir Ermənistan Respublikası var, digəri yaradıla bilməz və yaradılmamalıdır; 2-3 erməni dövlətinin yaranması yalnız erməni xalqına ziyan gətirə bilər, bu işdən çəkinmək lazımdır. 

Almaniyanın Berlin şəhərində “Alman-erməni cəmiyyəti” 1914-cü ildə təsis edilmişdir. Onun planı və məqsədi Şərqi Anadoluda Almaniyanın təsirini gücləndirmək olmuşdur.

Gürcüstanda əvvəllər bir neçə erməni təşkilatı yaradılmış, sonra fəaliyyətləri dayanmışdı. 1982-ci ildə Tiflisdə “Yoldaşlıq erməni təşkilatı”, Rusiya-Grücüstan müharibəsindən sonra da “Abxaziya erməni icması” yaradılıb. 

Özbəkistanın Əndican vilayətində yaşayan ermənilər “Erməni mədəniyyəti-təhsili mərkəzi” yaradıblar.


Ölkələrdə ermənilərə məxsus zavod, fabrik, hotel, restoran, dükan, kafe, market və digər obyektlər barədə. 

ABŞ-ın Qlendel şəhərində ermənilərə məxsus 4 mağaza-market (ərzaqlaırn bir hissəsi Ermənistandan gətirilir, əsasəndə mineral sular) və erməni sahibkarlarının 7 restoranı vardır. Erməni sahibkarları digər işlərlə də məşğul olurlar.

Latviyanın paytaxtı Riqa şəhərində ermənilərə məxsus 10-dan çox restoran və kafe vardır. 
Erməni yazarlaırnın fikrincə  Fransada Paskal (Arutyun) 1672-ci ildə kafe açmış, sonra franszılar bu işi ermənilərdən öyrənmişlər. 

Paris, Lion, Marsel, Valensi və bəzi digər şəhərlərdəki firma mağazalaırndakı reklamlar erməni adları ilə zəngindir: ayaqqabı istehsalı Qelyan məhsulu; A.Manukyanın paltar bazarı;Alen Miklinin eynək istehsalı və kolleksiyası; Petrosyanların balıq kürüsü istehsalı; A.Aslanyanın “Aslanov” arağının istehsalı və sairə. Orada ermənilərə məxsus dükan, restoran, kafelər də vardır. 

Kiprdə erməni qardaşlaırnın mehmanxana şəbəkəsi və dükanlarə və bir çox digər obyektləri vardır. 
Hindistanda ermənilərə məxsus mehmanxana, elektrotexnika zavodu, buzxana, parça-pambıq istehsalı fabriki, ambarlar olmuşdur. Hazırda Hindistan şirkəti Basarkesərin (indi Vartaneş) Zod kəndi ərazisində və Kəlbəcərin  qızıl mədənlərinin istismarı ilə məşğuldur. 

Livanda ermənilərə məxsus 100-ə yaxın zavod, fabrik, dükan, restoran, kafe, mehmanxana və digər sahibkarlıq obyektləri vardır. Livan erməniləri 2011-ci ildə Şuşa şəhərində 130 yerlik (30 iş yeri olan) “Qrant Hotel Şuşa” mehmanxanası tikib, təhvil veriblər.

Suriyada ermənilərin sahibi olduğu onlarla dükan, kafe, mağaza, müxtəlif sexlər, hotel və digər obyektləri mövcuddur. Müharibə zamanı onların bəziləri işlərini dayandırıblar. 

Litvada ermənilərə məxsus bir neçə ictimai iaişə obyektləri vardır və müştəriləri də daimidir (əsasəndə ermənilər). 

Rusiyada Moskva və ermənilər yaşayan şəhərlərdə erməni sahiblarlarına məxsus onlarla şirkət, firma, kooperativ, restoran, valyuta dəyişmə mərkəzi, kafe, hotel, dükan, market, sex, zavod, fabrik, bank və digər obyektlər vardırki saymaqla qurtarmaz və çoxu da erməni adlarındadır. Bəzi restoran və kafelərdə erməni millətindən olan müştərilərə 10 faiz endirim edilir. 2000-ci ildə “Rusiya ermənilərinin İttifaqı” yaradıldı və 618 ermənilərə mənsub qurumların fəaliyyəti birləşdirdi. Ermənilərin ziddiyyətsiz və arxayınca iş görməsini tənzimləməklə məşqul olur.
 
Ölkələrdəki erməni məktəbləri barədə

Ermənistan Diaspora Komitəsinin 2017-ci il hesabatında göstərilmişdir ki, dünyanın 31 ölkəsində erməni məktəbləri vardır. Təhsil Nazirliyi ilə birgə həmin məktəblərə pulsuz kitablar və tədris proqramı göndərirlər. Yay aylarında isə həmin məktəblərdə dərs deyən müəllimlər üçün Dərəçiçəkdə kurslar təşkil edilir. 

Gürcüstanda 80 erməni məktəbinin olması yazılır. 2011-ci ildə isə 32 erməni məktəbi olmuşdur. Abxaziyadakı 3 erməni nazirliklərində  yüksək vəzifə tuturlar. Abxaziya Təhsil nazirinin müavinidə ermənidir. 

Türkiyənin İstambul şəhərində Yesayan adına qrtocax (təhsil ocağı-məktəb) var, 315 şagird oxuyur. Məktəblillər çox vaxt türkcə danışırlar, onun nəzdində uşaq bağçası da vardır. Ermənicəni Gümrudən gəıən müəllim deyir. Dəsrlər and içməklə başlayır. (Burada türk uşaqlarından da oxuyan var). 
“Erməni elinin ümummilli yoldaşlığı” 1955-ci ildə Harvard Universitetində yaradılıb. Erməni tarixi, dili, əlifbası və mədəniyyətinin yaşaması, təbliği üçün yaradılıb. Məqsəd həmdə digər ali məktəblərdə də bunların tədrisini və kafedralarını təşkil etməkdir.

“Erməni müstəmləkələrində təhsil məsələləri” təşkiltı ölkələrdə ermənilərin assimilyasıyasının (əriyib itmək) qarşısını almaq məqsədi ilə Amerikada yaranıbdır.

Bolqarıstanın Plovdiv şəhərində 1959-cu ildə Şaumyan adına erməni orta məktəbinin 120 illik yubileyi qedy edilmişdir.

Fransanın paytaxtı Parisdə 1633-cü ildə Şərq Dilləri məkətəbində ermənişunaslıq öyrənilməyə başlamışdır. 1810-cu ildə ermənişunaslıq kafedrası açılıb və dərsliklər nəşr edilmişdir. 

“Təhsil sevər qadınlar məktəbi”(1923-cü ildə İstambulda yaranıb, sonra Parisə köçüb), “İkinci dərəcəli Muradyan məktəbi” isə 1929-cu ildə İtaliya erməniləri tərəfindən Parisdə yaradılıbdır. 

Kiprdə “Melkonyan təhsil məktəbi”-ndəki üç şöbədə, Suriya, Livan, Misir, Yunanıstan, Türkiyə və digər ölkələrdən gələn erməni uşaqlaır oxuyublar.

Buxarest Dövlət Universitetində Ruminiya 2012-ci ildə Erməni dili kafedrası  açılıbdır. İrəvan alimləri də bburada dərs deyə bilirlər. Kafedranın işinə digər millətlərdə cəlb edilir.

Hindistanın Kəlkutdə şəhərində 3 erməni məktəbi olmuşdur (onlardan biri kollec). Məktəblər 1821, 1922 və 1949-cu illərdə fəaliyyətə başlayıblar. Burada adətən dərslər ingilis dilində keçirilibdir. “Erməni dili” və  “erməni tarixi” fənləri isə erməni dilində tədris edilibdir).

Livanda 1959-cu ildə 66 erməni məktəbi fəaliyyət göstərmişdir (o cümlədən 23-ü Beyrutda). Son vaxtlar ölkədə 120 erməni məktəbinin olduğu kütləvi informasiya vasitələrindəki yazılarda göstərilir. 
Sudanda ilk erməni məktəbi 1956-cı ildə açılıbdır. Burada əvvəlcə 33 şagird dərs almışdır. Onun nəzdində uşaq bağçası da vardır (11 erməni uşağı erməni adət-ənənələri üzrə tərbiyələndirilirlər).  
Misirin paytaxtı Qahirədə 1955-ci ildə  700 şagird dərs alan Qalustyan adına orta məktəb 100 illik yubileyini keçirtmişdir. Qahirədə yaşayan varlı erməni qardaşlar-Melkumyanlar 2008-ci ildə özlərinə məxsus var dövlətlərinin çox hissəsini İrəvan şəhər məktəblərinin birinə hədiyyə etmişlər. 

İran 1920-1930-cu illərdə təhsil sahəsində islahatlar keçirmiş və bu zaman erməni şagirdlərinin və erməni məktəblərinin sayı xeyli artmışdır. 1936-cı ildən dövlət erməni məktəblərini bağlamışdır. 1942-ci ildə istisna olaraq yalnız Tehranda erməni məktəbinin açılmasına icazə vermişdir. 1954-cü ilə kimi bütün erməni məktəbləri bağlı qalmışdır. 1962-ci ildə yeni 50 erməni məktəbi fəaliyyətə başlamışdır (o cümlədən 16-sı Tehranda).

Istiqlalçı deputat
Maksim Musayev

İrəvan Türk Cümhüriyyəti mübarizləri üçün yaddaş - Dünyada erməni təşkilatları və məktəbləri


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də