Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Açıq havada sağlam qalmağa çalışanlar - VİDEO

"RegionTV.info"
Kiçikdən böyüyə hər kəsin üz tutduğu məkanlardan biri də Dənizkənarı Bulvar ərazisidir. Lakin istirahətlə yanaşı, idman etmək üçün dəniz kənarına gələnlər də az deyil.

Yaşından asılı olmayaraq, idman etmək, günə gümrah başlamaq üçün kimi qaçır, kimi dəniz kənarında, açıq havada quraşdırılan idman alətlərində məşq etməyə çalışır.

Paytaxt sakinləri bildirir ki, son bir ildə koronavirus pandemiyası səbəbindən idman və məşq zallarının bağlanması qərarı açıq havada idman etmək istəyənlərin də sayını artırıb. Təbii ki, açıq havada idman etməyin əhəmiyyəti böyükdür.

Sakinlərin sözlərinə görə, istər idmançıların, istərsə də vətəndaşların sağlam qalması üçün idman zallarının yenidən fəaliyyət göstərməsi önəmlidir.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də