"RegionTV.info"
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Əliyeva olub.
Aktrisa sağalmağını həyat yoldaşı Röyala borclu olduğunu deyib:
"Həyat yoldaşı öhdəliyindən əlavə, sözün əsl mənasında Röyal mənim üçün dostdur. Bu dünyada onu əvəz edəcək ikinci bir insan olmadı.
Bütün yaxınlarım sağ olsun. Sözün həqiqi mənasında ən çətin anlarımda yanımda olan həyat yoldaşım oldu. 7 ildir ailəliyik.
Sevgi ilə ailə qurduq. O sevgim hələ də qalıb. Hətta daha da artıb. Hər zaman öhdəliklə yaşamışam. Səhər o yuxudan durana kimi yeməyini hazırlayıram.
Bunu o, özü də edə bilər. Amma bu, mənim xoşuma gəlir. Mənim həyatımda nə varsa, ona uyğun hesablanır. Aramızda 15 il fərq var.
Yaşda mən böyüyəm. Amma mənimçün həmişə o məndən böyükdür. Ondan icazəsiz heç nə etmirəm. Biz evlənəndə yaş fərqinə görə atam narazı idi. Lakin böyük səhv etdi.
Sanki bu gün ailə qurmuşuq. Qızımız Zəhranın gəlişi bizi daha çox tamamladı. 7 ildə cəmi 1 gün bir-birimizdən ayrı qalmışıq.
O da qayınanam əməliyyat olunanda olub. Həyatımın çətin dönəmlərimdə Röyal mənə çox dəstək oldu. Sağalmağımı, ayaq üstə qalmağımı, ruhumun gənc qalmasını ona borcluyam".
Xəbəri paylaş