
"RegionTV.info" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 193 736-ya çatıb. İndiyədək 173 681 pasiyent infeksiyadan sağalıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 533-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 900 nəfərdir.