Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Allahşükür Paşazadəyə vəzifə verildi

"RegionTV.info"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.
 
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, birgə sessiyada bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparılıv. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzv dövlətlərin qəbulu, təşkilati məsələlər və s. daxil idi. Beynəlxalq Mərkəzin qərargahının yeni ünvanı məsələsi də müzakirə edilib. Bildirilib ki, bir neçə Avropa ölkəsi öz namizədliyini verib. Namizəd dövlətlər arasında Portuqaliyanın adı xüsusi qeyd olundu və qərara gəlindi ki, yaxın günlərdə seçimin nəticələrinə dair rəsmi açıqlama veriləcək.
 
Həmçinin, Beynəlxalq Mərkəzin Tərəflər şurasının sıralarının genişlənməsi də gündəmdə oldu. Məlumat üçün bildirək ki, KAİCIİİ Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir. Hazırda Tərəflər Şurasının üzvləri məhz bu təsisçi dövlətlərdir.
 
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə yekdilliklə yenidən növbəti 4 il üçün Direktorlar Şurasının üzvü seçilib.
 
Şeyxülislam Allahşükür Paşazadə videosessiyada Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını və xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. Direktorlar Şurasının üzvü kimi A.Paşazadə pandemiya şəraitinə baxmayaraq KAİCİİD təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğuladı və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs etdi. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub. Onlayn sessiya məhsuldar keçib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də