
"RegionTV.info" xəbər verir ki, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub.
Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.
Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.
2001- ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.
Allah rəhmət eləsin!