Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusun daha bir ştammı aşkarlandı

Braziliyanın San-Paulo ştatında koronavirusun yeni mutasiyası aşkarlanıb.
 
"RegionTV.info"   
xəbər verir ki, bunu Butantan İnstitutunun direktoru Dimas Kovas dilə gətirib.
 
O, keçirdiyi mətbuat konfransında aparılan təhlillər nəticəsində əyalətin Sorokoba şəhərində koronavirusun Cənubi Afrika ştammına bənzəyən yeni bir növünə rast gəldiklərini açıqlayıb.
 
O qeyd edib ki, virusun aşkarlandığı şəxs Cənubi Afrikaya səyahət etməyib və oraya səyshət edən heç kimlə təmasda olmayıb:
 
“Bu səbəbdən yeni ştamm ölkənin Amazonas ştatının Manaos şəhərində ortaya çıxan daha yoluxucu növün mutasiyaya uğramış halı ola bilər”.
 
Kovas onu da əlavə edib ki, sözügedən mutasiya hələlik yalnız bir şəxsdə aşkarlanıb və onunla təmasda olanlar karantinə alınıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də