
"RegionTV.info"nun məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, Babək prospektində dəmiryol relslərinin üzərində gəzən 1989-cu il təvəllüdlü İsmayılova Həyat Yaqub qızını teplavoz vurub. Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Fakt Nizami rayon Polis İdarəsində araşdırılır.