Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağcabədidə yol qəzasında ana və iki yaşlı uşağı yaralandı

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"RegionTV.info"   xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2019-cu il təvəllüdlü Məmmədov Amin Vüqar oğlu və 1986-cı il təvəllüdlü Məmmədova Günay Eldəniz qızı xəsarət alıblar.

Yaralılar əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən tibb mərkəzilərinin birinə gətiriliblər. 

Müayinə zamanı A. Məmmədova bud sümüyünün sınığı, G. Məmmədovaya isə biləyin və hər iki baldır sümüklərinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də