
"RegionTV.info" xəbər verir ki, onların olduğu təyyarə Tbilisi beynəlxalq aeroportundan havaya qalxıb.
Qeyd edək ki, V. Pozner doğum gününü qeyd etmək üçün qonaqları ilə birgə martın 31-də Tbilisiyə gedib. Onlar Gürcüstan paytaxtını aprelin 3-də tərk etməli idilər.
Rusiyalı telejurnalistin Gürcüstana səfəri kəskin etirazla qarşılandığından o, Tbilisini vaxtından əvvəl tərk etməli olub.
Etirazlara səbəb V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımaması, gürcü və abxazları təhqir etməsi olub.