Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nyu-Yorkda marixuana leqallaşdırıldı

Nyu-York Ştatın qubernatoru Endryu Kuomo marixuananın rekreasiya (istirahət – Red) məqsədilə satılmasına və istifadəsinə icazə verən qanunu imzalayıb.

RegionTV.infonun  məlumatına görə, müvafiq qanun qubernatorun rəsmi saytında dərc edilib.

Bununla da, bu narkotiki leqallaşdıran 15-ci ştat Nyu-York oldu.

Rəsmilərin hesablamalarına görə, hər il ştatın büdcəsi marixuananın satışından 350 milyon ABŞ dolları gəlir əldə edəcək, 30 minlə 60 min arası yeni iş yeri açılacaq.

Yeni qanuna görə, ştat sakinlərinə 85 qrama qədər narkotiki şəxsi istifadə üçün və ya 24 qrama qədər - konsentrat şəklində saxlamağa icazə verilir. Siqaretin qadağan olunduğu yerlər istisna olmaqla, ictimai yerlərdə marixuananın istifadəsinə icazə verilir.

Marixuananın ixtisaslaşmış mağazalarda satışına gələn ildən başlanacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də