Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşanı ziyarət edəcəyəni bildirib.
"RegionTV.info" CNN Türk-ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.
“Əziz dostum və qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqını bir daha Qarabağ zəfəri münasibətilə ürəkdən təbrik edirəm.
Bir daha vurğulayıram ki, biz hər zaman Azərbaycanın yanındayıq. Ən qısa zamanda, Ramazan bayramından sonra Şuşaya səfər edəcəyik”, - deyə Ərdoğan bildirib.
Xəbəri paylaş