
"RegionTV.info"nun məlumatına görə, hadisə "Sərçə bazarı" adlanan ərazidə qeydə alınıb.
1994-cü il təvəllüdlü Məmmədov Cavid Sabir oğlu ürəyindən aldığı bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hələlik C.Məmmədov hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.