İranda ötən sutka ərzində 96 nəfər koronavirusdan (COVID-19) ölüb.
RegionTV.info bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 665 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10 330 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 1 885 564 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 970 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 617 333 nəfər koronavirusdan sağalıb, 12,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Koronavirusa yoluxma üzrə 32 rayon qırmızı, 85 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Həmçinin 272 rayon sarı, 59 rayon isə mavi zona hesab olunur.
Xəbəri paylaş