Mingəçevirdə xəstəxanaya müayinəyə gələn şəxs orada ölüb. RegionTV.info bildirir ki, hadisə şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanaya müayinəyə gələn, şəhər sakini, 1965-ci il təvəllüdlü Abbasov Yaqub Əbil oğlu qəfildən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.