Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Batut gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək gimnastlarımız müəyyənləşib

Rusiyanın Soçi şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.                               
RegionTV.info bu barədə Avropa Gimnastika Federasiyasına istinadən məlumat verir.
Çempionatda Azərbaycanı Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, Mixail Malkin təmsil edəcək.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı aprelin 29-dan mayın 2-dək keçiriləcək. Yarışda 23 ölkənin idmançıları iştirak edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də