Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.                                    
RegionTV.info bildirir ki, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.
N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.
Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də