Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Hüquq-mühafizə orqanları bu kimi halları ciddi nəzarətə götürməlidir” - "Karaca"dan şikayət

“Karaca-Azərbaycan yeni fırıldağa əl atıb. Təsəvvür edin, səhifələrində malı görüb sifariş edirsən, kuryerləri qapıya gətirəndə baxırsan ki, görünüşü şəkildəkindən tamamilə fərqlidir”.

"RegionTV.info"   xəbər verir ki, bu barədə tanınmış jurnalist Azər Sarıoğlu məlumat paylaşıb. O, fikirlərini davam edərək bildirib ki, məhsulu geri qaytarmaq istəyəndə kuryer “narahat olmayın, bayram tətilindən sonra zəng edib dəyişərsiniz” cavabını verib: “Tətildən sonra da zəng edəndə, cavab verirlər ki, onlayn alınan mal dəyişdirilmir, qaytarılmır. Yenə izah edirsən ki, Azərbaycanın müvafiq qanunvericiliyində elə bir norma yoxdur, sizin tətbiq etdiyiniz normalar istehlakçıların hüquqlarının pozulmasıdır, amma xeyri yoxdur”.

Azər Sarıoğlunun sözlərinə görə, bunun adı fırıldaqdır, istehlakçının etibarından sui-istifadə etməkdir və dələduzluqdur: “Belə hal təkcə “Karaca” ilə bağlı baş vermir. Belə işlərlə məşğul olan başqa şirkətlər də var. Məncə, İqtisadiyyat Nazirliyi və hüquq-mühafizə orqanları bu kimi halları ciddi nəzarətə götürməlidir. Pandemiya dövründə alış-verişin əsasən internet üzərindən həyata keçirildiyini nəzərə alsaq, belə halların nəzarətə götürülməsinin vacibliyini başa düşə bilərik. Şirkətin istehlakçılarla bu cür davranması, Azərbaycan qanunlarını vecinə almaması, öz işçilərinin xidməti məsuliyyətsizliyini bölüşməməsi cəzasız qalarsa, ciddi narazılıq yaradan bu cür fırıldaqların miqyası böyüyə bilər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də