
"RegionTV.info" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 400 m² olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli tikiş sexinin yanar konstruksiyaları 40 m² sahədə və içərisində 2 ədəd dəzgahın yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.