“İranın Azərbaycan və Türkiyə ilə münasibətləri digərlərinə nümunədir”.
APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.
O bildirib ki, İranın 15 qonşu ölkəsi var: “Bu qonşu ölkələrlə qonşuluq münasibətlərinə malikdir. Müşahidə edirsiniz, cənubdakı bəzi ölkələrlə yaxşı münasibətlərimiz var, bəziləri ilə yox. Bizim Azərbaycanla münasibətlərimiz nümunə göstərilə bilər. Oxşar münasibətlərimiz Türkiyə ilə də var. Son illərdə Türkiyə və İran arasında dərin dost münasibətləri yaranıb. Hər iki ölkə rəhbərləri qarşılıqlı səfərlərlə bağlı razılıq əldə edib və bu səfərlər üçün heç bir protokol tətbiq olunmur.
Azərbaycana gəlməzdən öncə ölkəmizdəki məsul şəxslərlə görüşdüm, onlar mənə bildirdilər ki, Azərbaycanla əlaqələrimizdə heç bir məhdudiyyət yoxdur. Bilirsiniz ki, məhdudiyyətlər bəzi qonşu ölkələrə tətbiq olunur".