"RegionTV.info"
Son günlər yoluxanların və ölənlərin sayının artması yenidən karantin rejimində sərtləşmələrin olacağı ehtimalını ortaya çıxarır. Hətta sərtləşmə ilə yanaşı insanların ünsiyyətini minumuma endirmək üçün ictimai nəqliyyatın 2 həftə işləməyəcəyi də söylənilir. Azərbaycanda 2 həftə ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla bilərmi?
Bununla bağlı sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı bu gün konkret fikir səsləndirmək düzgün olmaz: "Operativ Qərargah tərəfindən araşdırılır. Əgər ehtiyac yaranarsa ictimaiyyətə bununla bağlı məlumat veriləcək. Ona görə də indidən fikir bildirmək düzgün deyil. Hələ ki, biz müvafiq qərarları gözləməliyik.
Bu barədə konkret olaraq Operativ Qərargahın mövqeyi vacibdr. Amma reallıq odur ki, yoluxanların və ölənlərin sayı artmaqdadır. Bu ciddi narahatlıq doğurur. Vətəndaşlar çalışmalıdır ki, gigiyenik və karantin qaydalarına tam əməl etsinlər ki, biz bu prosesdən uğurla çıxa bilək. Burada dövlət öz üzərində düşən vəzifəni uğurla həyata yetirir. İnsanlarımız da qaydalara əməl edərək görülən işlərə dəstək olmalıdır. İctimai nəqliyyatın 2 həftə işləyib-işləməsi barəsində qərar Operativ Qərargah tərəfindən veriləcək. Ona görə də biz səlahiyyətli dövlət qurumlarının qərarlarını gözləməliyik".
Xəbəri paylaş