
"RegionTV.info" xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva aparıcı Kazım Sübhanın "Özəl” verilişinə qonaq olan zaman deyib. Müğənni universitet illərində adından utandığını söyləyib:
"Zaman keçdi, həmin o çəkindiyim ad və soyadım başımın ucalığı oldu. Uzun olduğuna görə istəmirdim. Çünki başqa sadə - dörd, beş hərfdən ibarət adlar var idi. Ona görə də mən həmişə çəkinirdim öz adımdan. Hətta universitetdə oxuyanda düşünürdüm ki, adımı dəyişə bilərəm, ya yox? Məsələn: "Aysel” adından çox xoşum gəlirdi. "Leyla” adını da sevirdim. Əgər adımı dəyişsəydim onlardan birini qoyardım”.