Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tovuzda azyaşlı qohumunun evindən 25 min manatlıq qızıl oğurlayıb

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Dönük-Qırıqlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

"RegionTV.info"  xəbər verir ki  Bu barədə Daxil İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 25 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkənin yetkinlik yaşına çatmayan qohumu saxlanılıb.

Araşdırma zamanı məlub olub ki, saxlanılan şəxslər əvvəlcədən planlaşdıraraq oğurluq cinayətini törətmiş, daha sonra oğurladıqları qızıl-zinət əşyalarını Tovuz, Gədəbəy, Şəmkir, Gəncə və Bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Aslan Quliyev
    Aslan Quliyev

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də