
"RegionTV.info" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.
“Bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri var. Bizim Ermənistanla da yaxşı tarixi münasibətlərimiz mövcuddur”, - o deyib.
D.Peskov hesab edir ki, Dağlıq Qarabağda müharibənin dayanmasında Rusiya prezidenti Vladimir Putinin şəxsən rolu var və bunu hamı yadda saxlamalıdır.