
"RegionTV.info" xəbər verir ki, vaksinasiya 65 yaşdan yuxarı tibb işçiləri və vətəndaşları əhatə edəcək.
Proses Tbilisi, Batumi və Kutaisi şəhərlərində yerləşən 6 klinikada həyata keçiriləcək. Peyvənd vurdurmaq istəyən şəxslər “Pfizer” və “AstraZeneca” preparatları arasında seçim edə biləcəklər.
Qeyd edək ki, Gürcüstanda “AstraZeneca”nın tətbiqi ilə səhiyyə işçiləri arasında peyvəndlənməyə martın 15-dən start verilib. Qonşu ölkə 30 min dozaya yaxın “Pfizer” vaksinini martın 25-də ABŞ-dan tədarük edib.