Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şuşanın işğalına rəhbərlik etmiş “Meşə tülküsü” ölüm ayağında

"RegionTV.info"
90-cı illərdə Qarabağda çoxsaylı cinayətlər törətmiş general-mayor Arkadiy Ter-Tadevosyandan (Komandos) xəbər var.
 

“Erebuni” tibb mərkəzinə çatdırılan Ter-Tadevosyanın səhhətində ciddi problemlər var.
 
Xatırladaq ki, general-mayor 1992-ci ilin mayında Şuşanın işğal alınması zamanı həyata keçirilən “Dağlarda toy” əməliyyatına rəhbərlik edib və “Meşə tülküsü” adı ilə tanınıb.
 
Bir neçə il əvvəl həmin bu “Meşə tülküsü” Azərbaycanın Ermənistana sarsıdıcı zərbə vura biləcəyini qəti şəkildə istisna etmişdi. “Rusiya və Türkiyə biri-birilə yaxınlaşdığı üçün Azərbaycana Ermənistanla döyüşməyə imkan verməz. Ona görə də narahat olmaq lazım deyil”- deyə, o, öz-özünə təskinlik verməyə çalışmışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də