Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

EIA: "OPEC+" ölkələri avqustda öhdəliklərini 97% icra edib






Bu ilin avqust ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti 97%-ə bərabər olub.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, Rusiya öhdəliklərinin 98%-ni, Səudiyyə Ərəbistanı isə 103%-ni yerinə yetirib. Səudiyyə Ərəbistanı avqust ayında neft hasilatını 500 min barel artıraraq gündəlik 8,94 mln. barelə çatdırıb, Rusiya isə 420 min barel artıraraq gündəlik istehsalı 9,04 mln. barelə yüksəldib.

Azərbaycan, öz növbəsində, avqustda gündəlik 669,1 min barel neft (kondensatla birlikdə) hasil edib. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir.

Bundan əlavə, "OPEC+" müqaviləsi çərçivəsində əlavə hasilat kəsirlərindən azad olan İran, Liviya və Venesuela xaricində OPEC-in avqust ayında hasilatı gündəlik 22,07 mln. barel təşkil edib ki, bu, müqavilənin icra nisbətini 95% olması deməkdir.

Qeyd edək ki, EIA 2020-ci il neftə olan qlobal tələbatın artım tempi üzrə proqnozunu gündəlik 210 min barel azaldaraq 8,32 mln. barelə endirib. 2021-ci ilin proqnozu da gündəlik 490 min barel azaldılaraq 6,5 mln. barelə endirilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanmalıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də