Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ceyhun Bayramov AQEM Katibliyinin icraçı direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində AQEM Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.

"RegionTV.info"  xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib.

Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.

K.Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.

Öz növbəsində C.Bayramov Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləciyini bildirib.

Görüşdə həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də