Qarabağ məsələsi sayəsində Paşinyan çalışır ki, Rusiyanı Cənubi Qafqazdan çıxarsın.
"RegionTV.info" xəbər verir ki, bunu “Yerevan Tudey”ə müsahibəsində Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. O, bu məqsədi onun qarşısına sahiblərinin qoyduğunu bildirib.
Aşotyan, həmçinin Qarabağın Azərbaycanın tərkibinə tam keçməsinə Rusiyanın mane olduğunu deyib:
“Qarabağın verilməsindən sonra Nikol Paşinyan Ermənistanın türkləşdirilməsinə başlayıb. Rusiya Paşinyana Xankəndini verməyə mane oldu. Araik Arutyunyan o zaman Xankəndinin boşaldılması tapşırığını vermişdi”.
Xəbəri paylaş