Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

45 kq narkotikin ölkəyə keçirilməsinin qarşısını alındı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

"RegionTV.info"   xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayığlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 45 kiloqram narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 
Mart ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunmuşdur. Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilmiş, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.
 
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.
 
Əraziyə baxış zamanı 3 ədəd bağlama içərisində 11965 qram narkotik vasitələrə (8700 qram heroinə, 3185 qram metamfetaminə, 80 qram marixuanaya, 4030 ədəd metadon-40 həbinə) bənzər maddələr və 10 ampula “maydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.
 
Mart ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılmış 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Ramin Yavuz oğlunun  əlindəki bağlamaya baxış zamanı içərisində 15890 qram tiryəkə, 4915 qram həşiş qətranına, 4500 qram metamfetaminə, 4480 qram heroinə, 2610 qram marixuanaya və 300 ədəd metadon 40 həbinə oxşar maddələr aşkarlanaraq götürülüb.
 
Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Astara şəhərinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq olmasından istifadə edərək geriyə qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 1 ədəd bağlama içərisində 2420 ədəd metadon-40 həbləri aşkar edilib.
 
Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də