Prodüser Tarix Əliyev İnstaqram səhifəsində son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib. O, “ İntiharlara dur deməyin vaxtıdır! Valideynlər övladlarınızı incitməyin. Onlarla dost olun” məsələyə deyərək reaksiya verib.
"RegionTV.info"nun məlumatına görə onun postuna onlarla rəy yazılıb. “Abbas.muhammad_” adlı izləyicisi isə Tolikin paylaşımına “ Özünüz həmişə danışırsınız ki, yeniyetmə ikən ananız telefon almır deyə qolunuzu kəsmisiz. Ananınız da gedib kreditlə telefon alıb.
Bu yazıq valideyn nə etsin? Maaşımız uşağın istədiyini almaq, onu dilədiyi kimi geyindirib, gəzdirmək üçün yetərli deyil. Yoxdur demək də uşaqda valideynə qarşı aqressiya yaradır.
İndiki uşaqlar isə bir qıraqda dur deyən kimi küsürlər. Hər şeyi valideyninin üstünə atmayaq. Bilirəm indi intihar etmiş gəncin ata-anası nələr çəkirlər. Onları qınayıb daha da betər etməyək” komentini əlavə edib. T.Əliyev isə izləyicisinin şərhini belə cavablandırıb:
“Qələt etmişəm, kaş etməzdim. Amma uşağı döyüb, qorxuya salmaq olmaz”.
Xəbəri paylaş