Son bir ayda ödəmə terminallarının oğurlanıb, talan edilməsi ilə nəticələnən hadisələrin sayı artıb.
"RegionTV.info" xəbər verir ki, bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə qeyd edilib.
Bu oğurluq hadisələrinin daha çox obyektlərin daxilində quraşdırılan terminallarda qeydə alındığı bildirilib. Daxildəki terminalların oğurlanması səbəbi isə onların yerə bərkidilməməsi olduğu qeyd edilib.
Məsələ ilə bağlı açıqlama verən “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, daxili terminalların yerə bərkidilməsi mümkün deyil.
Xəbəri paylaş