
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.
AFFA-nın saytı xəbər verir ki, oktyabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma Qori şəhərindəki Tengiz Burcanadze adına stadionda keçiriləcək.